İran və Rusiya prezidentləri görüşəcək

  • By ilhame
  • 24 Sentyabr 2024 13:22

İran Prezident Məsud Pezeşkian bu ilin noyabrında Rusiyada Prezident Vladimir Putinlə görüşəcək.

 

Gununsesi.info “Tasnim”a istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani sentyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün noyabrda Tatarıstanın Kazan şəhərinə səfər edəcək. O, tədbir çərçivəsində Rusiya Prezidenti ilə də ikitərəfli görüş keçirəcək.

Gununsesi.info