Türkiyə BRİKS-ə qoşulsa NATO zəncirlərini qıracaq

Türkiyənin BRİKS dövlətlərarası assosiasiyasına mümkün daxil olması inqilabi hadisə olacaq, çünki ölkə NATO-nun “zəncirlərini qıracaq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu deyib.

“34 ölkə BRİKS-ə qoşulmaq üçün müraciət edib, bu, inanılmazdır. Türkiyənin müraciətini xüsusi qeyd etmək lazımdır, çünki onun assosiasiyaya daxil olması Şimali Atlantika Alyansına daxil olan ölkənin NATO zəncirini qırması mənasında inqilabi hadisə olacaq”, – deyə siyasətçi qeyd edib.

Topkurulunun sözlərinə görə, BRİKS dünya səhnəsində “yeni güc qütbü”nə çevrilib və bu, digər ölkələr üçün siyasi cəlbediciliyini sürətlə artırır.

Sentyabrın 2-də Bloomberg Türkiyənin BRİKS-ə üzv olmaq üçün rəsmi müraciəti barədə məlumat yayıb.

Onların fikrincə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası “inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa ehtiyac” üzərində qurulub.

 

 

Şəbnəm

Gununsesi.info