İlqar Məmmədov siyasi fəaliyyətini dayandırıb

  • By ilhame
  • 22 Sentyabr 2024 12:38

İlqar Məmmədov siyasi fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki,  bu barədə o sosial şəbəkədə paylaşım edib.

2023-cü ildə həm prezident və ya parlament seçkisində rəhbəri olduğum Respublikaçı Alternativ partiyasına uğur qazandıra bilməsəm, həm də seçki dairəsini uduzsam, publik siyasətdən çəkiləcəyimi demişdim. Cari ilin fevralında prezident seçkisində namizəd irəli sürmək haqqında partiyamız yekdil qərara gələ bilmədi. Seçki erkən keçdiyinə görə ölkəmizin böyük hərbi qələbəsi hələ də bütün digər mövzuları kölgədə qoyurdu. Yarış fürsəti aydın görünmürdü”.

 

Müharibə sonrası gələcəyinə həsr olunmuş ilk səsvermə üç həftə əvvəlki 1 sentyabr Milli Məclis seçkisi idi. Burada da, təəssüf ki, partiyamızın parlamentdə təmsilçiliyini artıra bilmədim. Nəhayət, üçüncü şərt, dairəni udmaq. 1998-ci ildə publik siyasi fəaliyyətə başladığım gündən indiyədək ölkədə altı dəfə yarışacağım parlament, iki dəfə prezident seçkisi keçirilib. 2000, 2013, 2015, 2018, 2020-ci illərdə namizəd olmağa qoymadılar. 2005-ci ildə səsverməni həqiqətən uduzdum. 2010-cu ildə çox güman uddum, amma saxtakarlıq baş alıb getmişdi. Bu il xalqımız özünün ali siyasi iradəsini səkkizinci dəfə ifadə edərək, mənə yenə də “yox” qərarını açıqladı. Bu müqəddəs iradəyə tabesizlik göstərmək düzgün olmazdı. Onu eşitdim və söz verdiyim kimi, publik siyasi fəaliyyətdən bu gündən ayrılıram”, – deyə o qeyd edib.

Gununsesi.info