
“Ermənistan və himayədarlarının indiki şəraitdə əsas məqsədi yarımçıq sülh müqaviləsinin imzalamasına çalışmasıdır. Hədəf elə bir sənədin imzalanmasıdır ki, orada əsas müddəalar, yəni, Ermənistan konstitusiyasından və hüquqi normativ haqlardan Azərbaycan qarşı ərazi iddiaların çıxarılması, delimitasiya və bir çox fundamental məsələlər yer almasın.”
Bu sözləri Gununsesi.info-ya politoloq, Milli Məclisin deputatı Elçin Mirzəzadə, Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır” fikrini şərh edərkən deyib.
O bildirib ki, Ermənistanın bir niyyəti də artıq ömrünü başa vurmuş “MİNSK qrupu”nu qoruyub saxlamaqdan ibarətdir ki, gələcəkdə yenidən məsələni Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ kontekstinə çəkmək mümkün olsun: “Konstiyusiyaya dəyişiklərin edilməmisi də ona xidmət edir ki, gələcəkdə Ermənistan yenidən Azərbaycana qarşı hansısa sənədlərin Ermənistan konsituitusiyana zidd olduğunu deməyə zəmin yaratsın. Verilən açıqlamalarda, o cümlədən, Lüksenburuq və.s Fransanın yedək ölkələrinin səsləndirdiyi fikirlərdə də bu məsələlərin yer alması məqsədyönlü xarakter daşıyır.”
Orxan Saffari
Gununsesi.info