Ağdaşda “Kalaşnikov” avtomatı aşkarlanıb

  • By Günel
  • 30 Mart 2025 15:07

Ağdaş şəhəri ərazisində odlu silah tapılması barədə polisə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat və daraq aşkarlanaraq götürülüb.

Silah-sursat ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info