
Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində təmsil edəcək “Mamagama” qrupu “Run With U” mahnısını yeni versiyada təqdim edib.
Gununsesi.info xəbər verir ki, ifa yarışmanın rəsmi “YouTube” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, “Mamagama” qrupu mayın 13-də birinci yarımfinalda səhnəyə 10-cu çıxacaq. Azərbaycanla birlikdə həmin gün Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç , Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç, San-Marino təmsilçiləri də yarışacaqlar.
Müsabiqənin ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.