Ağsuda dərəyə aşan “Land Rover” yandı

  • By Günel
  • 23 Fevral 2025 15:51

Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info