Kişi yasda boğulub öldü

  • By Günel
  • 22 Fevral 2025 21:22

Bakıda yas mərasimində ölüm hadisəsi olub.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən mərasim evlərinin birində baş verib.

Burada yas mərasimində iştirak edən 57 yaşlı N. Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info