Türkiyədə 150 illik tarixi bina kül oldu

Türkiyənin Karabük vilayətinin Safranbolu bölgəsində yerləşən İsmətpaşa məhəlləsində Rəcəb Özkana məxsus 150 illik tarixi ikimərtəbəli malikanə yanıb.

Gununsesi.info Publika.az-a istinadla xəbər verir ki, naməlum səbəbdən baş verən yanğın hadisə yerinə çağırılan yanğınsöndürən qrupların müdaxiləsi nəticəsində söndürülüb.

Yanğından sonra tarixi bina istifadəyə yararsız hala düşüb.

Hazırda yanğının səbəbləri araşdırılır.

Gununsesi.info