Fələstin Azadlıq Təşkilatı: Qərb Sahilinin 44,5%-i hazırda İsrailin nəzarəti altındadır

Fələstin Azadlıq Təşkilatının (FAT) Danışıqlar Departamenti işğal altındakı İordan çayının qərb sahilinin 44,5 faizinin hazırda İsrailin nəzarəti altında olduğunu göstərən xəritə yayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Danışıqlar İşləri Departamenti tərəfindən hazırlanan hesabatda yer alan xəritə, İordan çayının qərb sahilində artan məskunlaşma genişlənməsinin icmalını təqdim edir.

İsrailin təkcə 2024-cü ildə 50 yeni gecəqondu və 5 yeni qəsəbə tikdiyini göstərən xəritə, Qərb Sahilinin 44,5 faizinin hazırda İsrailin nəzarəti altında olduğunu və ya “Ayrılıq Divarı”nın arxasına ilhaq edildiyini ortaya qoyur.

İordan çayının qərb sahilində Fələstin torpaqlarını ələ keçirən israillilərin sayının 1995-ci ildən bəri üç dəfə artdığı, 2024-cü ildə təxminən 740 minə çatdığı qeyd edilən hesabatda, İsrailin siyasətlərinin iki dövlətli həll yolunu sürətlə və geriyə dönməz şəkildə məhv etdiyi barədə xəbərdarlıq edilib.

Hesabatda qeyd olunub ki, İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisi və genişləndirilməsi bu sürətlə davam edərsə, müsadirə edilmiş torpaqlardakı yaşayış məntəqələri mövcud vəziyyətdən beş dəfəyə qədər böyüyə bilər.

Birləşmiş Millətlər Təşkilatı işğal olunmuş ərazilərdə məskunlaşmanı qeyri-qanuni fəaliyyət kimi qiymətləndirir və onilliklər ərzində bunun dayandırılmasına çağırır, bunun münaqişənin “iki dövlət prinsipi” əsasında həlli şansını sarsıdacağı barədə xəbərdarlıq edir.

Orxan Saffari

Gununsesi.info