
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa qarşı diqqətçəkən açıqlamalar verib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə canlı yayımda Ukrayna ilə bağlı sualları cavablandırıb.
Rusiyanın “Avropada seçkiləri manipulyasiya edərək, Şimali Koreya əsgərlərini yerləşdirərək, kiberhücumlar həyata keçirərək və İranla əməkdaşlıq edərək” Ukraynadakı müharibəni artıq “qloballaşdırdığını” iddia edən Makron Ukraynadakı sülh prosesinin Avropa üçün vacib olduğunu bir daha vurğulayıb.
“Biz sülh istəyirik, lakin Ukraynanın təslim olması anlamına gələn atəşkəs istəmirik”. Makron bu ifadədən istifadə edərək, bu məsələdə Rusiyanın xeyrinə heç bir güzəştə yol verilməməsi lazım olduğuna diqqət çəkib.
“Siz Putinə qarşı zəif ola bilməzsiniz. Bu sən deyilsən, bu sənin parçan deyil, bu sənin marağında deyil”, – Makron Trampa deyib.
Digər tərəfdən, Ukraynada sülh şəraitinin Avropanın təhlükəsizliyi üçün vacib olduğunu və Rusiyanın başqa bir Avropa ölkəsinə hücumunun qarşısını almaq üçün çəkindirici təhlükəsizlik tədbirlərinin görülməsi lazım olduğunu vurğulayan Makron, Ukraynanın Avropa İttifaqı (AB) və NATO-ya üzvlüyü məsələsinə də toxunub.
“İndiki vəziyyətdə heç kimin Ukraynanın Aİ və ya NATO-ya üzv olmaq hüququ olmadığını deməyə haqqı yoxdur”, – Makron bildirib.
Orxan Saffari