
Rusiya xarici işlər naziri Sergey Lavrov İrana rəsmi səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
“Bəli, belə bir səfər yaxın gələcəkdə planlaşdırılır. Tarixi sonra açıqlayacağıq”, – diplomat bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə Lavrovun səfərinin gələn həftə baş tuta biləcəyini açıqlayıb.