
Seçki hazırda Ukrayna üçün zəhərdir. Seçki kampaniyası Ukraynanı daxildən məhv edə və ölkəni zəiflədə bilər.
Gununsesi.info xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.
“İndiki vəziyyətdə seçki vətənimiz üçün zəhərdir. Ukraynaya addım-addım sülh qayıdandan sonra növbəti məntiqi addım seçki olacaq”, – o bildirib.
Onun sözlərinə görə, indi hər hansı seçkiyə hazırlaşmaq ağlabatan deyil, çünki Ukraynanın mövcud olub-olmayacağı sual altındadır:
“Ölkə daxilində və onun hüdudlarından kənarda, Ukrayna ətrafında birliyin olması çox vacibdir”.
(Axar.az)