Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı - Kobaxidze

Rəsmi Tifls opponentlərinin cəhdlərinə baxmayaraq, Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasının qarşısını ala bildi.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstan hökuməti ölkədə əmin-amanlığın, təhlükəsizliyinin qorunması üçün hər şeyi edib. Gürcüstanda ikinci cəbhənin açılması üçün böyük səylər göstərilməsinə baxmayaraq, biz bu mübarizədə uğur qazandıq. Birbaşa tələblər, müraciətlər, radikal müxalifətlə koordinasiya oldu, amma Gürcüstanda 1921-ci il ssenarisi təkrarlanmadı və bu, hakimiyyətinin ləyaqətidir”, – Kobaxidze bildirib.

Gununsesi.info