Tramp mənə dedi ki, heç nəyə görə narahat olma - Duda

ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır və onu gücləndirməyi düşünür.

Gununsesi.info xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda amerikalı həmkarı Donald Trampla danışığından sonra deyib.

“Mənim üçün nəticə aydındır: ABŞ-ın Polşadakı mövcudluğunun azalması qorxusu yoxdur, əksinə, onun artacağını güman etmək lazımdır. Tramp mənə dedi ki, heç nəyə görə narahat olmaq lazım deyil, çünki Polşa ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir”, – Duda bildirib.

Gununsesi.info