
Xəbər verdiyimiz kimi, gənc şair Həsən Kür intihara cəhd edib.
Gununsesi.info xəbər verir ki, TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda onun vəziyyəti ağırdır.
“22.02.2025-ci il tarixində saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”, – məlumatda deyilir.