Bakı-Şamaxı magistral yolunda son vəziyyət

  • By Günel
  • 22 Fevral 2025 20:37

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən hissəsi qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə danışan 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı gecəli-gündüz növbəli şəkildə bütün işçi heyəti və texnikaların yolları qardan təmizlədiyini bildirib.

Qeyd edək ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisinə yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb.

Gununsesi.info