
ABŞ-da Pentaqon mülki işçilərin 5-8 faizini ixtisar etməyi planlaşdırır. Birinci mərhələdə 5400 işçi yollarını ayıracaq. Daha əhatəli ixtisar planı daha sonra müzakirə olunacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, CNN-in məlumatına görə, Pentaqonun şəxsi heyət və döyüş hazırlığı üzrə müşaviri Darin Selnik qənaət tədbirləri çərçivəsində qurumda gözlənilən ixtisarlarla bağlı açıqlama verib.
Selnik qeyd edib ki, Pentaqonda təxminən 950 min mülki işçi var və səmərəliliyin artırılması və qüvvələrin yenidən döyüş hazırlığına yönəldilməsi üçün 5-8 faiz ixtisar ediləcək.
Selnik, kritik vəzifələrdə olmayan və həftə ərzində sınaq müddətində olan 5400 işçini işdən çıxarmağı gözlədiklərini söylədi və əlavə etdi ki, daha çox mülki işçi heyətin ehtiyacları ilə bağlı əlavə qiymətləndirmə aparıldıqdan sonra işdən çıxarıla bilər.
Orxan