1959-cu ildə təsis edilib: - 66 illik mətbəə muzeyə çevrilib

1957-ci ildə Ərzurumda qapılarını açan Atatürk Universitetinin kitab, jurnal, broşür və fakültə sənədlərinin çapı üçün 1959-cu ildə qurulan mətbəə muzeyə çevrildi. Universitet nəzdində yaradılan Hürufət Atatürk Universiteti Çap Muzeyində ən qədiminin 80 yaşı olan 32 çap maşını və minlərlə hürufat (metal hərf) sərgilənir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yarım əsr çap xidməti üçün istifadə edilən mətbəə 2010-cu ildə texnologiyanın inkişafı ilə əlaqədar bağlanıb.

Araşdırmanın təşəbbüskarı Mehmet Ferruh Haşıloğludur.

700 kvadratmetr sahədə inşa edilən Hürufət Atatürk Universiteti Çap Muzeyi sərgi və çap bölmələrindən ibarətdir. Muzeydə ən qədiminin 80 yaşı olan 32 çap maşını və minlərlə metal hərf sərgilənir.

Yazı və çap tarixini araşdırmaq, qorumaq və gələcək nəsillərə ötürmək məqsədi ilə yaradılan “Hurufət Atatürk Universiteti Çap Muzeyi”ndə hərflərin və yazı sənətinin inkişafı üzə çıxarılır. Qrafik dizayn, tipoqrafiya və çap texnologiyalarına diqqət yetirən muzey kolleksiyası ilə qrafik dizaynerlər, tədqiqatçılar, akademiklər və tələbələr üçün mühüm mənbədir. Muzeydə köhnə çap maşınlarından tutmuş yazının estetik və texniki ölçülərini araşdıran çap alətləri və materiallara qədər bir çox nadir əsərlər var. Muzey ziyarətçilərə sənət aləmində yazı və çapın rolunu araşdırmaq, eləcə də təcrübə vasitəsilə çap üsullarını öyrənmək imkanı təqdim edir.

Orxan Saffari

Gununsesi.info