
Fevralın 24-də Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar paketi tətbiq ediləcək.
Gununsesi.info xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Lemmi deyib.
“Sabah mən Rusiyaya qarşı son 3 ilin ən böyük sanksiyalar paketini açıqlayacağam. Rusiyaya qarşı vintləri sıxmaq vaxtıdır”, – Lemmi bildirib.