
Google tərəfindən işə salınan “co-scientist” adlı süni intellekt vasitəsinin mikrobioloqların cavab tapmaq üçün 10 il çəkdiyi bakteriya problemini iki günə həll etdiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, London İmperial Kollecinin Tibb Fakültəsindən professor Xose Penades və onun komandası 10 ildir ki, antibiotiklərə davamlı olan “superbaqlar” kimi tanınan bəzi bakteriyaların necə əmələ gəldiyini araşdırır.
Penades, apardıqları araşdırmalar nəticəsində “super bakteriyaların” müxtəlif virusların quyruğu meydana gətirdiyi və canlılar arasında yayıla biləcəkləri fikrinə gəldiklərini ifadə etdi.
İdeyanın tədqiqat qrupuna xas olduğunu və açıq mənbələrdə dərc edilmədiyini bildirən Penades, araşdırma mövzusunu Google-un işə saldığı süni intellekt vasitəsi “co-scientist”ə yönəltdiklərini və alətin iki gündə bu nəticəyə çatdığını qeyd etdi.
Penades bildirib ki, o, Google-a e-poçt göndərərək, şəxsi kompüterinə daxil olub-olmadığını soruşub və şirkətdən mənfi cavab alıb.
Süni intellekt vasitəsinin təkcə onun öz araşdırmasını təqlid etmədiyini, eyni zamanda heç düşünmədikləri bir fikri də təqdim etdiyini bildirən Penades, bu yeni ideya üzərində işə başladıqlarını söylədi.
Orxan