Ağsudakı yanğın belə söndürülüb – Video

Xəbər verdiyimiz kimi, ötən gecə Ağsu rayonunda “Land Rover” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yanğın baş verib.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi anının görüntülərini təqdim edirik: