
Fevralın 25-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında heç bir görüş hazırlanmır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bunu təsdiqləyə bilmərəm. Ər-Riyadda heç bir görüş hazırlanmır”, – Ryabkov bildirib.
Qeyd edək ki, ötən gün Donald Tramp ABŞ və Rusiya arasında növbəti görüşün 25 fevralda Ər-Riyadda olacağı barədə məlumat yaymışdı.