Salman Rüşdiyə bıçaqla hücum edən şəxs günahkar bilinib: - Bir gözünü itirib

ABŞ-da münsiflər heyəti “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdiyə bıçaqla hücum edən adamı öldürməyə cəhddə təqsirli bilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, 2022-ci ildə Rüşdini bıçaqlayan Livan əsilli Amerikalı Hadi Matarın məhkəməsi keçirilib.

Münsiflər heyəti Rüşdinin hücumla bağlı ifadəsini dinlədikdən sonra Matarı “qəsdən adam öldürməyə cəhd”də təqsirli bilib.

32 ilə qədər həbs cəzası gözlənilən Matarın hökmü aprelin 23-də keçiriləcək.

Uzun müddətdir Nyu Yorkda yaşayan Rüşdi 12 avqust 2022-ci ildə Buffalo yaxınlığındakı Chautauqua İnstitutunda mühazirə oxuyarkən Kaliforniya əsilli Matar tərəfindən bıçaqla hücuma məruz qalıb.

1980-ci illərdə yazdığı “Şeytan ayələri” kitabı ilə İslam dünyasının qəzəbinə səbəb olan Rüşdiyə o zamankı İran lideri Ayətullah Xomeyni tərəfindən ölüm hökmü verilmişdi. Xomeynidən sonra ölkə rəhbəri olan Əli Xamneyi də Rüşdi ilə bağlı fətvanın dəyişməz olduğunu bəyan edib.

Orxan

Gununsesi.info