
ABŞ Prezidenti Donald Tramp Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu gözlənilmədən vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Den Keynin namizədliyini irəli sürüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset də Brauna təşəkkür edib və Dəniz Əməliyyatlarının rəisi admiral Liza Françetti və Hərbi Hava Qüvvələrinin ikinci komandanı general Cim Slayfın da vəzifəsindən azad edildiyini açıqlayıb.
Braun ABŞ tarixində general kimi xidmət edən ikinci qaradərili amerikalı kimi qeydə alınıb.
Keyn MKİ-nin hərbi məsələlər üzrə direktor müavini vəzifəsində çalışıb.
Orxan