
Ötən gün intihara cəhd edən gənc şair Həsən Kürün son vəziyyəti açıqlanıb.
Gununsesi.info xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir:
“22 fevral 2025-ci il saat 19:10 radələrində 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxs müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”, – məlumatda qeyd olunub.