Gürcüstan Prezidenti azərbaycanlı dostlarından danışdı

  • By Günel
  • 21 Fevral 2025 22:57

“Gürcüstanda çox sayda azərbaycanlılar yaşayır. Ölkənin bugünkü inkişaf mərhələsində onların rolu böyükdür”.

Gununsesi.info Teleqraf- a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili “Real Tv”yə müsahibəsində deyib.

O, Gürcüstan azərbaycanlıları arasında dostlarının olduğunu bildirib.

“Mənim şəxsən Gürcüstan vətəndaşı olan azərbaycanlılarla əlaqələrim var. Uşaqlıqdan birlikdə böyüdüyüm dostlarım var. Onlar mənim üçün yad deyillər, əksinə biz bir yerdə böyümüşük. Ölkə olaraq bu yolu birlikdə gəlirdik. Biz qafqazlıyıq və ən əsası dəyərlərimizi, dostluğumuzu, ailə müqəddəsliyini qoruyuruq. Biz bu münasibətimizi başqaları ilə bölüşə bilərik”, – dövlət başçısı söyləyib.

Gununsesi.info