
“Gürcüstanın Mədəniyyət Nazirliyi Azərbaycanla bağlı mədəni məsələlərin hamısına qoşulub”.
Gununsesi.info xəbər verir ki, bunu Teleqraf-ın yerli bürosunun Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyinin bərpası məsələsi ilə bağlı sualına cavabında Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze deyib.
O bildirib ki, muzeyin yenidən qurulması prosesində Azərbaycanın Gürcüstandakı səfirliyi də iştirak edir.
“Bütün işlər planlaşdırılmış və qarşılıqlı razılaşdırılmış şəkildə aparılır”, – nazir qeyd edib.