
Sabah UNEC və AzTU-da bütün dərslər onlayn formatda keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə universitetlər məlumat paylaşıb.
Qeyd edək ki, daha əvvəl “Azərbaycan Universitetləri” səhifədə qarın şiddətlənməsi və bu gecə yolların yenidən buz bağlayacağı ehtimalını nəzərə alaraq Azərbaycan Universitetlərinin rəhbərliklərinə müraciət olunub:
“Sabahkı gün üçün dərsləri təxirə salmalarını və ya gecikən tələbələrə güzəştlər edilməsini xahiş edirik”.