Rusiyalı milyarder İtaliya qəzetinə müsahibə verib -“Qərb Rusiya iqtisadiyyatına zərər vurmaq istəyirdi”

13 milyard dollarlıq sərvəti olan məşhur milyarder Əlişir Usmanov İtaliyanın “Corriere Della Sera” qəzetinə müsahibə verib.

Gununsesi.info Ulysmedia.kz-a istinadən xəbər verir ki, müsahibəsində o, Qərbin rus iş adamlarına qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.

Məqalədə qeyd edilir ki, Usmanov həm Rusiya, həm də doğulduğu Özbəkistan vətəndaşıdır və vaxtının çox hissəsini burada keçirir.

O, Özbəkistana fəal şəkildə sərmayə qoyur və ölkəyə xarici investorların cəlb edilməsinə kömək edir.

“Corriere Della Sera” -ya müsahibəsində Usmanov rusiyalı sahibkarlara qarşı sanksiyaların “böyük səhv” olduğunu bildirib.

Onun sözlərinə görə, bu tədbirlər ona gətirib çıxarıb ki, iş adamları artıq Qərb yurisdiksiyalarının qərəzsizliyinə inanmırlar.

Qərbin sanksiyaları və rus iş adamlarının reaksiyası

Rusiyada var-dövlətini əsasən metal şirkətləri vasitəsilə qazanan Usmanov Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başladıqdan sonra Qərbin sanksiyalarına məruz qalıb.

Bir çox iri rus iş adamları münaqişə başlayandan bəri Rusiyadan uzaqlaşmağa çalışırlar.

Məsələn, Yandex-in həmtəsisçisi Arkadi Voloj indi özünü Qazaxıstandan olan israilli sahibkar kimi təqdim edir və onlar Vikipediyada Rambler Group-un keçmiş sahibi Aleksandr Mamutu Londonda yaşayan, İsrail vətəndaşlığına malik sahibkar kimi təqdim etməyə çalışıblar.

Əlişir Usmanov rusiyalı sahibkar, milyarder, Metalloinvest holdinqinə birləşdirilmiş ən böyük metallurgiya müəssisələrinin – Mixaylovski və Lebedinski mədən və emalı zavodlarının, Ural Polad, Oskol Elektrometallurgiya Zavodunun ortaq sahibidir.

2019-cu il üçün Forbes-in məlumatına görə, o, Rusiyanın ən varlı adamları siyahısında doqquzuncudur.

Sərvəti 12,6 milyard dollar qiymətləndirilir.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info