
Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.
Valonya-Brüssel Təhsil Şəbəkəsinin qəbul etdiyi qərara əsasən, 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən fransız dilini tədris edən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qadağa 132 min 600 tələbəni əhatə edəcək.
Valonya- Brüssel Təhsil Şəbəkəsi qərarın tələbələrin smartfonlarla bir-birlərinin şəkillərini çəkərək, sosial media platformalarında paylaşdığı və bunların da get-gedə zorakılıq cinayətlərinin sayının artması ilə nəticələnəcəyini bildirib.
Gununsesi.info