“Napoli” braziliyalı futbolçunun keçidini açıqlayıb

  • By ilhame
  • 22 Avqust 2024 21:15

İtaliyanın “Napoli” kollektivi Portuqalya klubu “Benfika”nın hücumçusu David Neresi transfer etdiyini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, bu keçid A Seriyası təmsilçisinə 28 milyon avroya başa gəlib.

 

Braziliyalı futbolçu yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Neres lissabonluların heyətində 35 oyuna çıxıb, 5 qol vurub.

Gununsesi.info