Venesuela Ali Məhkəməsi Maduronu prezident kimi tanıdı

Venesuela Ali Məhkəməsi seçki komissiyasının nəticələrini təsdiqləyib və Nikolas Maduronu 2025-2031-ci illər üçün seçilmiş prezident kimi tanıyıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TeleSUR telekanalı məhkəmə qərarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, seçki materialları da hərtərəfli yoxlanılıb. Seçki məntəqələrinin protokolları və keçmiş prezidentliyə namizədlərin əlində olan sənədlər öyrənilib. Nəticədə seçki materiallarının ekspertizası Milli Seçki Şurasının elan etdiyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Həmçinin qeyd olunub ki, müxalifətin keçmiş namizədi Edmundo Qonzales Urrutia Ali Məhkəmənin seçki palatasına gəlməyib. Məhkəmənin fikrincə, konstitusiya quruluşuna hörmətsizlik etdiyinə görə onun barəsində tədbir görülməlidir.

Venesuelada Maduronun 51,2% səslə qalib gəlməsi ilə nəticələnən prezident seçkiləri iyulun 28-də keçirilib.

Prezident sarayının qarşısında tərəfdarları qarşısında danışan o, uğurunun “sülh və sabitliyin zəfəri” olduğunu və Venesuelanın seçki sisteminin “şəffaf” olduğunu göstərdiyini bildirib.

Daha sonra Argentina, Qvatemala, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası, Uruqvay və Ekvador hökumətləri Venesuela hakimiyyətindən müstəqil müşahidəçilərin iştirakı ilə səsvermənin “nəticələrini tam şəkildə nəzərdən keçirməyi” tələb ediblər.

Politoloq Lidovskoy “İzvestiya”ya müsahibəsində qeyd edib ki, bu bəyanatlar dövlət orqanlarının müavinət əldə etmək üçün ABŞ-a yaxınlaşmaq cəhdləri ilə bağlıdır.

ABŞ hakimiyyəti Venesuelada keçirilən seçkilərdə müxalifətin namizədi Qonzales Urrutiyanın qələbəsini rəsmən tanıyıb.

Dövlət Departamenti bildirib ki, Milli Seçki Şurasının (CNE) ölkənin hazırkı prezidenti Nikolas Maduronu seçkinin qalibi elan etməsi heç bir dəstəkləyici dəlillə müşayiət olunmayıb.

 

 

Günay

Gununsesi.info