
X sosial şəbəkəsi ABŞ prezidentliyinə namizəd Kamala Harrisin doğum haqqında şəhadətnaməsini dərc edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, sənəddən belə çıxır ki, siyasətçi Yamaykada anadan olub.
Bildirilir ki, bu fakt ABŞ qanunlarına ziddir, ona görə dövlət başçısı ya ABŞ-da doğulmalı, ya da valideynləri Amerika vətəndaşlı olmalıdır.
Sənəd Harrisin atasının yaşadığı bölgədə yerləşən Yamayka xəstəxanasında tapılıb.
Siyasətçinin anası Hindistandandır və Kamalanin doğulduğu ildə valideynlərinin tələbə olması qızları dünyaya gələndə onların ABŞ vətəndaşlığının olub-olmamasını şübhə altına alır.
Bundan əvvəl Kamala Harris Fox News kanalında Respublikaçı Donald Trampla seçki debatlarında iştirakdan imtina etmişdi.
Sentyabrın 4-də siyasətçilərin ictimai çıxışı planlaşdırılırdı.
Şəbnəm
Gununsesi.info