
ABŞ Ədliyyə Nazirliyi Rusiyanın dövlət televiziya kanalları ilə işləyən amerikalılarla bağlı araşdırmaya başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən yazır.
İstintaq noyabrda ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində Kremlin “təsir əməliyyatları”na qarşı mübarizə çərçivəsində aparılır.
NYT həmsöhbətlərinin fikrincə, bu, Rusiyanın dövlət kanallarına baxan və ya internetdə onlar haqqında yazan adi amerikalılara qarşı deyil, Moskvadan qəsdən dezinformasiya yayanlara qarşı yönəlib.
İstintaqın aparılmasına ABŞ kəşfiyyatının Rusiya dövlət mediasının, o cümlədən RT telekanalının bütün dünyada seçkilərə təsir etmək üçün Rusiya kəşfiyyat agentlikləri ilə işləməsi ilə bağlı xəbərləri səbəb olub.
İyulun 29-da ABŞ Milli Kəşfiyyat Direktorunun İdarəsi xəbərdarlıq edib ki, Rusiya Moskva üçün faydalı məlumatlar yaymaq üçün Amerika vətəndaşlarından istifadə edir.
Hesabatda deyilir ki, onlar sosial şəbəkələrdə məzmun yerləşdirir, Rusiya hökuməti ilə açıq və gizli əlaqələri olan müxtəlif saytlar üçün yazılar yazır və digər media fəaliyyəti ilə məşğul olurlar.
İstintaq çərçivəsində avqust ayında FTB keçmiş BMT-nin silah müfəttişi Skott Ritterin evində, həmçinin politoloq və Birinci Kanalın aparıcısı Dmitri Simsin əmlakında axtarış aparıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, hər ikisinə qarşı heç bir ittiham irəli sürülməyib, lakin yaxın gələcəkdə yeni axtarışlar gözlənilir. Onlar cinayət işlərinin başlanmasını istisna etmirlər.
Bundan əlavə, iyul ayında ABŞ Ədliyyə Nazirliyi dezinformasiya kampaniyasına qarşı mübarizə çərçivəsində Kanada və Hollandiya hökumətləri ilə birlikdə Twitter-də Rusiya təbliğatını yayan minə yaxın hesabı müəyyən edib.
Şəbnəm
Gununsesi.info