Belçikada bəzi məktəblərdə smartfondan istifadə qadağan olundu

  • By ilhame
  • 22 Avqust 2024 22:06

Belçikanın fransızdilli bölgələrində və paytaxt Brüsseldə ibtidai və orta məktəblərdə şagirdlərə smartfonlardan istifadə qadağan edilib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Valloniya-Brüssel Təhsil Şəbəkəsi qərar qəbul edib.

Qərara əsasən, fransız dilini tədris edən 373 məktəbdə 26 avqustda başlayacaq 2024-2025-ci tədris ilindən etibarən ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan ediləcək.

 

Qadağa 132 600 şagirdi əhatə edəcək.

 

Qərarın şagirdlərin smartfonlarla bir-birlərinin şəkillərini çəkməsi və sosial media platformalarında paylaşması, bunun da cinayətlərin sayının artması ilə nəticələndiyinə görə qəbul edildiyi bildirilir.

Gununsesi.info