
Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-ya Baş DYP İdarəsindən məlumat verilib ki, hadisə yolun 15-ci kilometrində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yol keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info