
Rusiya Prezidenti Vladimir Putin ölkənin Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətlə bağlı iclas keçirir.
Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, iclas videokonfrans formatında keçirilir.
Rusiyanın Baş nazirinin müavini Denis Manturov iclas zamanı qeyd edib ki, təhlükəli sərhədyanı bölgələrdən 115 min nəfər təxliyə edilib.
Onun sözlərinə görə, Nazirlər Kabineti sərhədyanı regionlarda əmlakını itirən sakinlərə yardım üçün 858 milyon rubl həcmində vəsaitin ayrılması barədə qərar hazırlayıb.