Belçikanın yeni səfiri Azərbaycan XİN başçısının müavini ilə görüşüb

  • By ilhame
  • 22 Avqust 2024 19:14

Belçikanın ölkəyə yeni təyin olunmuş səfiri Julyen de Fraypont Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, səfir bu barədə “X” platformasında paylaşım edib.

 

“Nazir müavini Fariz Rzayevlə görüşdən şərəf duydum. Bu, Bakıdakı missiyamın ilk rəsmi addımıdır. Azərbaycan Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı səbirsizliklə gözləyirəm”, – diplomat qeyd edib.

Gununsesi.info