
Finlandiyanın Rusiya ilə sərhədə yaxın Mikkeli şəhərində NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti məlumat yayıb.
Məqalədə deyilir: “Mikkelidə NATO-nun quru qüvvələrinin alt qərargahı yaradılacaq. O, Finlandiyanı müdafiə etmək üçün yaradılacaq təxminən 4000-5000 əsgərdən ibarət NATO briqadasının əməliyyatlarına və təlimlərinə rəhbərlik etməyə başlayacaq”.
Nəşrin məlumatına görə, NATO briqadasına İsveç və Norveç əsgərləri də qoşulacaq.
Qəzetin NATO-dakı mənbələri müvafiq qərarların artıq qəbul edildiyini və yaxın həftələrdə Mikkelidəki qərargahın fəaliyyətə başladığını elan etməyi planlaşdırdıqlarını bildiriblər.
Şəbnəm
Gununsesi.info