İran İsrailə gözlənilməz cavab verəcək

İran İsrailə qarşı həm forma, həm də zaman baxımından mümkün qədər gözlənilməz bir zərbə planlaşdıracaq.

Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.

Bəyanatda deyilir: “Tehranın Təl-Əvivə reaksiyasının vaxtı, şərtləri və xarakteri diqqətlə planlaşdırılacaq ki, o, mümkün qədər gözlənilmədən baş versin”.

Diplomatik nümayəndəlik əlavə edib ki, zərbə “həm yerdən, həm də havadan endirilə bilər, lakin hər ikisinin kombinasiyası da mümkündür”.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Əli Məhəmməd Naeini bir müddət əvvəl bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə qarşı repressiya üçün İranın İsrailə cavab zərbəsi endirilməsinin gözləntisi uzun olacaq.

 

 

İlhamə

Gununsesi.info