Limanda baş verən partlayış nəticəsində itkin düşənlərdən 17-si tapılıb, 2 nəfər axtarılır

  • By ilhame
  • 22 Avqust 2024 23:00

Ukrayna Silahlı Qüvvələrinin “Qafqaz” limanında yanacaq çənləri olan dəmir yolu bərəsinə hücumundan sonra batmış 17 nəfər sudan xilas edilib. İki ekipaj üzvünün taleyi isə hələ ki, məlum deyil.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev öz “Telegram” kanalında bildirib.

 

“Hazırda 17 ekipaj üzvü xilas edilib, qalanların xilas edilməsi üçün əməliyyatlar davam etdirilir. İki nəfərin də tapılmasına ehtiyac var. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasında göstərdikləri operativliyə görə təcili yardım xidmətinə təşəkkür edirəm”, – deyə o bildirib.

Gununsesi.info