İngiltərə klubu Norveç yığmasının üzvünü transfer edib

  • By ilhame
  • 22 Avqust 2024 13:51

Fulhem” klubu İngiltərənin digər təmsilçisi “Bernli”dən Norveç yığmasının futbolçusu Sander Berqeni transfer edib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

 

Razılığa əsasən anlaşmanın müddəti daha 12 ay uzadıla bilər. S.Berqe yeni klubunda 16 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Norveç millisinin üzvü 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 37 oyunda 1 qol vurub. 2017-ci ildən əsas yığmaya dəvət alan yarımmüdafiəçi 46 rəsmi oyun keçirib, 1 qol müəllifi olub.

Gununsesi.info