İsti hava şəraiti bu vaxta qədər davam edəcək

  • By ilhame
  • 22 Avqust 2024 13:10

Azərbaycanda sabit, isti hava şəraiti müşahidə olunur.

 

Gununsesi.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

 

O bildirib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir.

 

Xidmət rəisi qeyd edib ki, isti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir.

Gununsesi.info