“Araz-Naxçıvan”dan ÇL-də növbəti qələbə

  • By ilhame
  • 22 Avqust 2024 20:56

Bu gün Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti matçına çıxıb.

 

Gununsesi.info xəbər verir ki, B qrupunda yer alan komanda Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gəlib.

 

İsveçin Uddevalla şəhərində keçirilən oyun təmsilçimizin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyunda Şimali İrlandiyanın “Sparta Belfast” klubuna 7:1 hesabı ilə qalib gəlib. Vitali Borisovun baş məşqçisi olduğu komanda avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq.

 

Əlavə edək ki, yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.

 

22 avqust

 

18:00. “Araz-Naxçıvan” – “Sillamae Silla” – 7:0

 

Qollar: Amadeu, 4:54, Yaniç, 12:01, Kadinho, 15:54, 25:54, K. Manafov, 24:39, Ü. Əliyev, 32:32, X. Ağalızadə, 34:03