
Macarıstanlı nazir Budapeştin sığınacaq qaydalarını pozduğuna görə 200 milyon avro ödəməsi barədə qərar çıxaran Avropa Ədalət Məhkəməsini tənqid edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstan hökuməti xəbərdarlıq edib.
Bildirilib ki, Avropa İttifaqı (Aİ) daha çox qaçqının qəbul edilməsini tələb etməyə davam edərsə, ölkəsi Brüsselə mühacir göndərəcək.
“Əgər Brüssel immiqrantları istəsə, onları götürə bilər.Əgər Aİ öz sərhədlərində immiqrantları dayandırmağı qeyri-mümkün etsə, biz hamıya birtərəfli bilet verəcəyik.”, – deyə Gergely Gulyas cümə axşamı mətbuat konfransında deyib.
Nazir Gulyas Avropa Ədalət Məhkəməsinin (AƏM) iyun ayında Macarıstanı bir neçə dəfə Aİ-nin sığınacaq tələblərinə məhəl qoymadığına görə 200 milyon avro cərimələmək qərarını tənqid edib.
Baş nazir Viktor Orban məhkəmənin qərarını “qeyri-adi və qəbuledilməz” adlandırıb: “Görünür, qeyri-qanuni mühacirlər Brüssel üçün öz vətəndaşlarından daha vacibdir”, – deyə Orban açıqlamasında bildirib.
Gülyasın cümə axşamı verdiyi şərhlər, Orbanın AƏM qərarına baxışında az dəyişiklik olduğunu göstərir: “Brüssel bizi nəyin bahasına olursa olsun immiqrantları qəbul etməyə məcbur etmək istəyir”.
O, AB-ni riyakarlıqda ittiham edərək, sığınacaq axtaranları saxlamaq üçün “tranzit zonalar” adlanan yerlərdən istifadəni qəbul etdiyini deyib: “Macarıstan eyni təcrübəyə görə qınandı və böyük məbləğdə cərimələndi”, – nazir əlavə edib.
Gulyas onu da bildirib ki, Şengen sərhədlərinin qorunması təkcə Macarıstanın deyil, bütün Avropanın işidir və Budapeşt sərhədi qorumaq üçün heç bir əlavə vəsait almır.
Afət
Gununsesi.info