Hollandiya Ukraynaya 51 radar alır

Hollandiya Ukrayna üçün pilotsuz uçuş aparatlarını aşkar etmək üçün 51 mobil radar alır, onların 2024-cü ilin dördüncü rübündə təhvil verilməsi gözlənilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalı məlumat yayıb.

“Bu radarların tədarükçüsü Hollandiyanın Robin Radar Systems şirkətidir. Sistemlər ətraf mühitə nəzarət edə və hətta yüksək sürətlə hərəkət edən dronları aşkar edə bilir. Radarların hərəkətliliyi düşmənin pilotsuz uçan aparatlarını davamlı olaraq aşkarlamağa və sonra onları sıradan çıxarmağa imkan verir”, – deyə məlumatda deyilir.

 

 

 

Gununsesi.info xəbər verir ki,