
Hazırda 1 saylı Bakı İstindaq Təcridxanasında saxlanılan keçmiş deputat Hüseyn Abdullayev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə Gununsesi.info – ya Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva bildirib.
Qeyd edək ki, Hüseyn Abdullayev bir neçə gün əvvəl saxlandığı istintaq təcridxanasında infarkt keçirib. Anasının sözlərinə görə, müəssisənin həkimləri, bu barədə məlumatı ictimaiətdə gizli saxlamağa çalışsa da, sonradan bunun üstü açılıb: Bizim Ombudsmana, Ədliyyə Nazirliyinə və müvafiq qurumlara müraciətimizdən sonra, nəhayət Hüseyni müalicə müəssisəsinə köçürübər.
“O, haqsız həbs olunduğuna görə, bu ədalətsizliyə tab gətirə bilmir. Səhhəti çox kritik vəziyyətdədir. Mənim oğlumun heç bir günahı yoxdur. Mən xahiş edirəm ki, heç olmasa, bu işə ədalətli baxsınlar. Onsuz da, onu günahsız yerə 6 il həbsxanada saxlayıblar”,- deyə Hüseyn Abdullayevin anası bildirib.
Qeyd edək ki, Hüseyn Abdullayev 6 il cəza müddətinin başa çatmasına 2 ay qalmış yeni ittihamlarla üzləşib.
Günel Həsənova
Gununsesi.info