Tramp oğlundan gələcək siyasətçi hazırlayır

Keçmiş prezident Donald Tramp 18 yaşlı oğlu Barronla fəxr edir.

Gununsesi.info xəbər verir ki, Blick jurnalı yazır ki, may ayında, iki metr hündürlüyündə olan gənc orta məktəbi bitirib və Nyu-Yorkun kənarındakı universitetdə oxuyacaq.

Sabiq prezident həyat yoldaşı 54 yaşlı Melaniya Trampla birlikdə West Palm Beachdəki Oksbric Akademiyasında Barronun məzuniyyət mərasimində iştirak edib.

Tramp Barronun artıq siyasətlə maraqlandığını və hətta bəzən atasına bəzi məsləhətlər verdiyini gizlətməyib.

Eks-prezident oğlunu ağıllı hesab edir.

Barron atasının Floridadakı seçki kampaniyasına qatılsa da, lakin iyul ayında GOP konqresinə qatılmayıb.

 

 

İlhamə

Gununsesi.info