Qafqaz dağlarında bir qrup turist dərədə qalıb

  • By ilhame
  • 22 Avqust 2024 22:27

Qafqaz dağlarında güclü meşə yanğını nəticəsində bir qrup turist dərədə qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

 

Mənbənin məlumatına görə, 7 nəfər Dombay kurortunda (Rusiya) Qonaçxır dərəsində ilişib qalıb. 40 xilasedici köməyə tələssə də, qatı tüstü axtarışları çətinləşdirir.

 

Məlumata görə, Qaraçay-Çərkəz dağlarında tüstülənmə barədə ilk məlumat avqustun 21-i axşam saatlarında daxil olub.

 

Qeyd olunur ki, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

Gununsesi.info